Azərbaycan XİN Tacikistandakı qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib

Tokio, 18 fevral , /AJMEDIA/

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə bu ölkədə baş verən qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib.
AJMEDIA xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.
“Tacikistanın Bədəxşan vilayətində qar uçqununun səbəb olduğu insan itkisinə və dağıntılara görə dərin üzüntümüzü ifadə edirik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunur.
Xatırladaq ki, fevralın 15-də Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts