Azərbaycan XİN: Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayırıq

Tokio, 22 yanvar , /AJMEDIA/

Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
AJMEDIA xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz, İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.
Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts