Azərbaycan XİN İrana nota verib

Tokio, 4 dekabr , /AJMEDIA/

Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər ölkəmizin milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.
AJMEDIA xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin məsələ ilə bağlı sualına cavabında deyib.
O bildirib ki, İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib.
Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts