Azərbaycan XİN baş vermiş zəlzələ ilə əlaqədar İndoneziyaya başsağlığı verib

Tokio, 22 noyabr , /AJMEDIA/

Azərbaycan Xarici İşlər Nazirliyi Qərbi Yava bölgəsində baş vermiş zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib.
AJMEDIA xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində bu barədə paylaşım edilib.
Paylaşımda deyilir: “İndoneziyanın Qərbi Yava bölgəsində baş verən dağıdıcı zəlzələ bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin günlərdə dost və qardaş İndoneziyanın yanındadır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts