Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Tokio, 21 noyabr , /AJMEDIA/

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts