Azərbaycan tennisçiləri Albaniyadakı turnirə qələbə ilə başlayıblar

Tokio, 13 iyun, /AJMEDIA/

Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib.

Azərbaycan Tennis Federasiyasından AJMEDIA-ya bildirilib ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edirlər.

Yığma ilk yarış günündə andoralı idmançılara qalib gəlib. Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3 hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub – 6-1, 6-0.

Milli üzvləri qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov – Kənan Qasımov cütü Servos Noqer – Damyen Jelaber duetini üstələyib: 6-2, 6-4.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts