Azərbaycan-Tacikistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır

Tokio, 8 aprel , /AJMEDIA/

Prezident İlham Əliyevin Tacikistana səfəri və orada prezidentlər arasında keçirilmiş görüşlər, imzalanmış sənədlər, iki ölkə arasındakı siyasi, beynəlxalq, iqtisadi əlaqələr, beynəlxalq arenada eyni mövqedən çıxış etmək məsələləri çox vacibdir. Həmçinin səfər zamanı kifayət qədər sənədlər imzalanıb. Azərbaycan-Tacikistan münasibətlərində logistika, iqtisadi, siyasi və digər sahələrdə əlaqələr daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlətimizin başçısının Tacikistana budəfəki səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı adlandırmaq olar.
Bunu AJMEDIA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev söyləyib.
“Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə həyata keçirdiyi səfərləri onu göstərir ki, Azərbaycanın mövqeyi gündən-günə möhkəmlənir, daha çox dəstəklənir. Artıq nəinki bizimlə hesablaşırlar, hətta Asiya, Avropa dövlətlərinin, nəhəng şirkətlərin dəstəyi, bizim mövqedən çıxış etmələri gündən-günə ölkəmizin nüfuzunu gücləndirir”, – deyə deputat qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts