Azərbaycan sumoçuları Avropa çempionatını 11 medalla başa vurublar

Tokio, 27 may , /AJMEDIA/

Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) qızıl, Cavidan Nəhmətov (77 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib.

Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüblər.

Böyüklər arasında Çingiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəsul Məmmədzadə (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts