Azərbaycan savatçıları beynəlxalq turniri 11 medalla başa vurublar

Tokio, 27 yanvar, /AJMEDIA/

Azərbaycan idmançıları Macarıstanın Budapeşt şəhərində savat assault və savat kombat idman növü üzrə ənənəvi “Budapest Open” turnirində yüksək nəticələr əldə edib.

Savat Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, 15-dən çox ölkədən 350-yə yaxın idmançının iştirak etdiyi yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklərdən ibarət milli komandanın 11 idmançısı qüvvəsini sınayıb.

Kadet yaş qrupu üzrə yarışda Mehman Rəsul (30 kiloqram) və Məhəmməd Rəsul (35 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmələrin mübarizəsində Yusif Xəlilzadə (45 kiloqram) qızıl, Ömər Namazov (45 kiloqram), Məhərrəm Əliyev (55 kiloqram) gümüş, Rafael Məmmədov (50 kiloqram) bürünc medal qazanıb.

Gənclərdə Uğur Quluyev (48 kiloqram) qızıl, böyüklərdə Bəyrək Bağırov (85 kiloqram), Sənan Babazadə (85+ kiloqram), Hikmət Xəlilov (95+ kiloqram) bürünc mükafata yiyələnib.

Sonda isə böyüklər arasında Tural Baloğlanov (65 kiloqram) savat kombat idman növü üzrə kubok döyüşünün qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts