Azərbaycan samboçusu beynəlxalq multiidman turnirində bürünc medal qazanıb

Tokio, 14 iyun , /AJMEDIA/

Azərbaycan samboçusu Rəsul Aydəmirov Rusiyanın Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman turnirində fəxri kürsüyə qalxıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, 98 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal qazanıb.

Qeyd edək ki, multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts