Tokio, 3 oktyabr , /AJMEDIA/
Oktyabrın 4-6-da Daşkənd şəhərində 13-cü beynəlxalq “Plastex Uzbekistan 2023” sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.
AJMEDIA xəbər verir ki, “Iteca Exhibitions” və “ICA Eurasia Group” şirkətləri tərəfindən təşkil edilən “Plastex Uzbekistan 2023” sərgisində plastmas istehsalı sahəsində son tədqiqatların nəticələri, ən son məhsul və avadanlıq növləri, yeni istehsal və emal texnologiyaları, o cümlədən polimer bazarının inkişafının ən son tendensiyaları nümayiş olunacaq.
Bu il sərgidə Hindistan, İran, Çin, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistandan 200 şirkət iştirak edəcək. Tədbirdə Çin şirkətlərinin geniş iştirakı gözlənilir (163 şirkət).