“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Tokio, 30 iyun , /AJMEDIA/

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsini rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli 127-VIQR nömrəli Qərarında aşağıdakı dəyişiklik edilsin:

“Mirzəyev Səfa Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:

“Hacıyev Fərid Famil oğlu

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.”

Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova

Bakı şəhəri, 29 iyun 2022-ci il

Follow us on social

Facebook Twitter Youtube

Related Posts