Azərbaycan regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə vermək əzmindədir

Tokio, 20 iyun , /AJMEDIA/

Azərbaycan regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməkdə davam etmək əzmindədir. Ölkəmiz regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda maraqlıdır. Bütün tərəfdaşları Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edirik.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxışı zamanı deyib.
Ceyhun Bayramov çıxışında, həmçinin Azərbaycanın bir sıra ölkələrlə regional əməkdaşlığın genişləndirilməsi üçün təşəbbüslər irəli sürdüyünü bildirib. Bu xüsusda Türkiyə, Qazaxıstan və Özbəkistan ilə sıx əməkdaşlıq şəraitində üçtərəfli formatlar çərçivəsində görülən işlərdən və imzalanmış mühüm sənədlərdən bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts