Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir – Kasım-Jomart Tokayev

Tokio, 10 aprel , /AJMEDIA/

“Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir”.

AJMEDIA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb”, – deyə Qazaxıstan Prezidenti qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts