Azərbaycan qadın basketbol millisi təsnifat mərhələsinin qalibi olub

Tokio, 9 iyun , /AJMEDIA/

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

AJMEDIA xəbər verir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub. Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Avropanın ən güclü 3×3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts