Azərbaycan Prezidenti Gürcüstana dövlət səfərinə gedib

Tokio, 6 aprel, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

AJMEDIA xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşıladılar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts