Azərbaycan Prezidenti: Biz Ermənistanın və onun xarici havadarlarının məkrli planlarını alt-üst etdik

Tokio, 23 iyun , /AJMEDIA/

Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik.
AJMEDIA xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
İşğal dövründə “danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik” söylədiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Əfsuslar olsun ki, bəziləri mənim sözlərimə laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, bu günə qədər özünə gələ bilmir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts