Azərbaycan Prezidenti: Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər

Tokio, 19 aprel , /AJMEDIA/

Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər.
AJMEDIA xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil”, – deyə Azərbaycan Prezidenti bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts