Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Tokio, 29 may , /AJMEDIA/

Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

AJMEDIA/ xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana sablya növü üzrə qadınların şəxsi yarışında Olimpiadaya iştirak hüququ verən universal lisenziya göndərib. Lisenziya Olimpiya Oyunlarına vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.

Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.

Qeyd edək ki, bununla da Azərbaycanın “Paris-2024”ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts