Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Tokio, 8 fevral, /AJMEDIA/

Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts