Azərbaycan para-atleti dünya çempionatında finala yüksəlib

Tokio, 24 may , /AJMEDIA/

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Milli Paralimpiya Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, 22 yaşlı idmançı T13 kateqoriyasında 400 metr məsafəyə qaçış üzrə finişə 56.57 saniyə çataraq həlledici mərhələdə iştirak hüququ qazanıb. O, sabah qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Lamiyə Vəliyeva bu yarışda daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts