Azərbaycan “OPEC+”un apreldə gündəlik hasilatı 400 min barel artırmaqla bağlı qərarını dəstəkləyib

Tokio, 3 mart , /AJMEDIA/

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts