Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Tokio, 2 iyun , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, iclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.

OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü dekabrın 1-nə təyin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts