Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Tokio, 26 may , /AJMEDIA/

Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası işə başlayıb.

AJMEDIA xəbər verir ki, mayın 27-dək davam edəcək sessiyada alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun yeni müdafiə planının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin deputatları iştirak edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts