Tokio, 3 mart , /AJMEDIA/
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,12 dollar artaraq 116,10 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (111,82) qeydə alınmışdı.