Azərbaycan millisinin sabiq futbolçusu Nurlan Novruzov Nepal çempionu olub

Tokio, 17 fevral, /AJMEDIA/

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Nurlan Novruzov Nepal çempionu olub. İyirmi doqquz yaşlı futbolçu bu uğura “Maçhindra” komandasının heyətində imza atıb.

AJMEDIA xəbər verir ki, sözügedən komanda sona iki tur qalmış “Satdobato”nu 1:0 hesabı ilə üstələyib. N.Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib.

N.Novruzov 2021-ci ildən bu komandanın formasını geyinir. O, daha əvvəl Nepalda “Lalitpur Siti”nin şərəfini qoruyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts