Tokio, 27 fevral, /AJMEDIA/
Ötən ay Azərbaycandan MDB ölkələrinə 286 milyon 596 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AJMEDIA-ya bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 122 milyon 381 min dollar çoxdur.
Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 322 milyon 440 min dollar olub.