Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Tokio, 18 mart , /AJMEDIA/

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Nurlan Yermekbayev ilə görüşüb.

AJMEDIA xəbər verir ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və əlaqələri daha da genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts