Azərbaycan ilə Pakistan arasında nəqliyyat əlaqələrinin perspektivləri müzakirə olunub

Tokio, 19 iyul , /AJMEDIA/

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə ikitərəfli görüşlər keçirib.
AJMEDIA xəbər verir ki, görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla, nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Rəşad Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.
Qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla, birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.
Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən Şimal-Qərb və Şimal-Cənub dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts