Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq

Tokio, 10 iyul, /AJMEDIA/

Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kaxraman Sariev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi Vüqar Məmmədov arasında görüş keçirilib.

Mədəniyyət Mərkəzindən AJMEDIA-ya verilən məlumata görə, görüşdə bildirilib ki, müasir dövrdə xalq diplomatiyası dövlətlər və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı etimadın, anlaşmanın və əməkdaşlığın gücləndirilməsində təsirli vasitə kimi mühüm rol oynayır.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqları əsrlərboyu formalaşmış qohumluq əlaqələri, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan–Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qarşılıqlı etimad və hörmətə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəlib.

Görüşün yekununda ortaq mədəni irsimizin təbliği, mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə tədbir və layihələrin reallaşdırılması ilə bağlı təkliflər irəli sürülüb və bu istiqamətdə müvafiq razılaşmalar əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts