Azərbaycan ilə Balkan ölkələri arasında münasibətlər yeni mərhələyə qədəm qoyur

Tokio, 26 aprel , /AJMEDIA/

Prezident İlham Əliyevin Bolqarıstana son işgüzar səfəri Azərbaycan ilə Balkan ölkələri münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Həmçinin bu, rəsmi Bakının Avropa İttifaqının enerji təhlükəsizliyində çəkisinin artmasına mühüm töhfə verdi. Azərbaycan Prezidenti İlham Əliyevin özünün də dediyi kimi: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanma mərasimlərində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Avropa İttifaqının rəsmilərinin də səsləndirdiyi fikirlər onların Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini bir daha təsdiq etdi. Bu həmçinin onların bu prosesdə Prezident İlham Əliyevlə birlikdə olduğunu bir daha təsdiq etdi. Həmin məqamlar xüsusən Bolqarıstanın Prezidentinin və Aİ komissarının çıxışlarında özünü daha aydın şəkildə göstərdi.
Beynəlxalq aləmdə baş verən son proseslər, xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artır. Prezident İlham Əliyevin zamanın reallıqlarını nəzərə alaraq həyat keçirdiyi layihələr isə deməyə imkan verir ki, Bakı bu tələbata lazımi reaksiyanı göstərə bildi. Hətta Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson açıq formada ifadə etdi ki, bu qış Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici oldu. Əlbəttə, Avropanın enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun artması rəsmi Bakını tamamilə qane edir. Lakin beynəlxalq alımin artıq çox bacarıqlı strateq kimi qəbul etdiyi İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də daha uzaq perspektivə baxdığını bir dah nümayiş etdirdi. Bunun təsdiqi olaraq Prezident İlham Əliyev bildirdi ki, “biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var”. Təbii ki, ilk növbədə, Azərbaycan təbii qaz təchizatçısı kimi əhatə dairsəini durmadan genişləndirməkdədir. TAP layihəsi uğurla reallaşdırıldıqdan sonra Prezident İlham Əliyevin enerji siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na start verilməsi məhz bu konsepsiya ilə üst-üstə düşür. Azərbaycan qazının Yunanıstan ərazisindən İtaliyaya ötürülməsini ehtiva edən TAP-a əlavə olaraq “Həmrəylik Halqası” 10-dan çox Avropa ölkəsinin enerji təminatında Azərbaycanı söz sahibinə çevirəcək və Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələr yeni mərhələyə qalxacaq. Prezident İlham Əliyev məhz belə amilləri nəzərə alaraq Sofiyada bəyan etdi ki, “Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.
Qeyd edək ki, “Həmrəylik Halqası” təktərəfli layihə deyil, həm mənbə ölkə olaraq, həm də, eyni zamanda, reallaşmasında dövlətimizin başçısının xüsusi həlledici rol oynadığını nəzərə alaraq, heç şübhəsiz, prosesin aparıcı qüvvəsi məhz Azərbaycandır.
Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts