“Azərbaycan III-XIII yüzilliklərdə” kitabı rus dilində çap olunub

Tokio, 10 fevral, /AJMEDIA/

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı professor Rauf Hüseynzadənin rus dilində “Azərbaycan III-XIII yüzilliklərdə” kitabı “AFPoliqrafAF” mətbəəsində çap olunub.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, kitabda Azərbaycanın III-XIII əsrlərə aid tarixi araşdırılıb, həmin dövrdəki dövlətlərin siyası tarixinə mənbələr əsasında yenidən baxılıb, həmçinin onların tarixi coğrafiyası yeni təqdimatda rəngli və ağ-qara xəritələrlə zənginləşdirilib.

Zəngin ədəbiyyat siyahısı və illüstrasiyaları özündə əks etdirən “Azərbaycan III-XIII yüzilliklərdə” kitabı tədqiqatçılar, tarixçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts