Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən “Noble Partner 2022” çoxmillətli hərbi təlimlərdə iştirak edirlər

Tokio, 31 avqust , /AJMEDIA/

Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər keçirilir.
Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilən açılış mərasimində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı, diplomatik korpusun əməkdaşları da iştirak ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır.
Hərbi təlimdə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts