Azərbaycan Həndbol Federasiyasının rəsmisi yeni təyinat alıb

Tokio, 12 oktyabr , /AJMEDIA/

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri və beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

AHF-in mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, o, kişilər arasında Avropa Kubokunun ikinci mərhələsinin “Beykoz BLD SK” – “HC Vise BM” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Türkiyə və Belçika təmsilçilərinin oyunu oktyabrın 15-də İstanbuldakı “Recep Şahin Göktürk” idman kompleksində keçiriləcək.

Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər idarə edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts