Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Tokio, 1 iyul , /AJMEDIA/

Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Kaspiysk şəhərində keçirilmiş Əli Əliyevin xatirə turnirində iştirak ediblər.

Azərbaycan Güləş Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, 54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər mübarizə aparıblar.

Güləşçilərimiz ənənəvi turnirdə 2 qızıl və 3 bürünc medal qazanıblar.

Əli Rəhimzadə (65 kiloqram) və Aslan Abakarov (97 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kiloqram) və Şamil Zubairov (92 kiloqram) isə üçüncü yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts