Tokio, 30 iyun, /AJMEDIA/
Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yarışda ölkəmizi kişi cütlüyü – Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük – Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu – Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil ediblər.
Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupunda Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyündə isə Daniel Abbasov ilə Murad Rəfiyev 28.730 xalla ikinci yeri tutublar və gümüş medal qazanıblar.