Azərbaycan gimnastları İtaliyadakı turniri 3 qızıl və 1 gümüş medalla başa vurublar

Tokio, 8 iyul , /AJMEDIA/

Azərbaycanın idman gimnastları İtaliyanın Turin şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində 3 qızıl və 1 gümüş medal qazanıblar.

AJMEDIA xəbər verir ki, Ağasif Rəhimov və Seyidli Raziyə (qarışıq cütlük), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü), Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova (13-19 yaş kateqoriyası üzrə qadın qrupu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu isə ikinci yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts