Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Tokio, 20 may , /AJMEDIA/

Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərində akrobatika növündə keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yığma turnirdə qızıl və gümüş medal qazanıb.

Daniel Abbasov və Murad Rəfiyev kişi cütlərin yarışında çempionluq sevinci yaşayıb. Ağasif Rəhimovla Raziyə Seyidli isə qarışıq cütlərin mübarizəsində ikinci yerin sahibi olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts