Azərbaycan gimnastları Almaniyadakı turnirdə fəxri kürsüyə qalxıblar

Tokio, 28 oktyabr, /AJMEDIA/

Batut gimnastikası üzrə Azərbaycan millisi Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) AJMEDIA-ya verilən məlumata görə, yığma üzvləri sinxron proqramda 1-ci və 2-ci yerin sahibi olublar.

Yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev, böyüklərdə isə Hüseyn Abbasov ilə Nicat Mirzəyev fərqləniblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts