Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələri Ankaraya rəsmi səfər ediblər

Tokio, 8 iyul , /AJMEDIA/

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan və fondun baş mütəxəssisi Zeynəb Sabirlinin Ankara şəhərinə səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, görüş zamanı azərbaycanlıların və türksoylu xalqların sıx yaşadığı ölkələrdə birgə fəaliyyətlə bağlı müzakirələr aparılıb. Gürcüstan azərbaycanlılarının həyat səviyyəsinin artırılması, həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin də iştirakı ilə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi edən tərəflərin qərarına görə, TİKA-nın yerli ofislərinə göndəriləcək təlimatların əsasında layihələrin reallaşdırılması prosesi başlanacaq.
Həmçinin qeyd olunan tarixdə TRT-nin baş direktor köməkçiləri Fethi Fahri Kaya və Hasan Öyməz ilə görüşlər keçirilib.
Görüşdə müharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında türk media agentliklərinin xüsusi fəaliyyəti vurğulanıb. Bundan əlavə, diaspor nümayəndələrimizin təmsil olunduğu ölkələrdə həyata keçirilən tədbirlər, ölkə daxilindəki ictimai-siyasi, mədəni proseslərin işıqlandırılması ilə bağlı media qurumlarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts