Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək

Tokio, 11 may , /AJMEDIA/

Prezident İlham Əliyevin göstərişinə əsasən və respublika hökumətinin müvafiq qərarına uyğun olaraq, Türkiyənin 2023-cü ilin fevralında dağıdıcı zəlzələlərdən zərərçəkmiş vilayətlərinin sakinlərinə Azərbaycanın yardımları davam edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bildirib. O xatırladıb ki, cari ilin aprelində Fondun xətti ilə Türkiyəyə humanitar yardımların dördüncü partiyası göndərilib və Malatya vilayətinin sakinlərinə paylanılıb. Bundan əvvəl humanitar yüklər iki dəfə Kahramanmaraş vilayətinə, həmçinin cənub əyaləti olan Hataya çatdırılıb.

Ə.Abdullayev qeyd edib ki, Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin hökumət strukturları zəruri yardım ləvazimatlarının siyahısını Fonda təqdim edir. O əlavə edib: “Fonda Hatay vilayəti sakinlərinin ehtiyacları barədə yeni müraciət daxil olub. Həmçinin Adıyaman vilayəti sakinlərinin də yardıma ehtiyacları var”.

İcraçı direktor bildirib ki, Diaspora Dəstək Fondu qardaş ölkəyə yeni humanitar yüklərin hazırlanması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts