Azərbaycan cütlüyü akrobatika gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib

Tokio, 10 mart , /AJMEDIA/

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının finalına yüksəlib.

AJMEDIA xəbər verir ki, temp hərəkətinin təsnifat mərhələsində cütlüyümüzün çıxışı 26,600 xalla qiymətləndirilib. Ümumi sıralamada beşinci olan komandamız finala yüksəlib.

Martın 12-də təşkil olunacaq final mərhələsində Azərbaycan ilə yanaşı, ABŞ, Qazaxıstan, Almaniya, Portuqaliya və İspaniya gimnastları medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Çempionatın birinci günündə qadın və kişi cütlüklər balans və temp hərəkətlərində təsnifat mərhələsində mübarizə aparacaqlar. Qadın qruplar temp, kişi qruplar isə balans hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər balans hərəkətində yarışacaqlar.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edəcəklər.

Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə S eyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts