Azərbaycan cüdoçuları VIII “Asiya Uşaqları” Oyunlarında 4 medal qazanıblar

Tokio, 30 iyun , /AJMEDIA/

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycan cüdoçuları 3 gümüş və 1 bürünc medal əldə ediblər.

AJMEDIA xəbər verir ki, kişilər arasında mübarizə aparan Quliyev Anar (46 kq), Rüstəmli Məhəmməd (50 kq) və Qarayev İlkin (55 kq) final qarşılaşmalarda uduzaraq gümüş medala layiq görülüblər.

Qızlar arasında isə Hüseynova Gülşən (40 kq) bürünc medalla kifayətlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts