Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib

Tokio, 28 dekabr , /AJMEDIA/

Dekabrın 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üç nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.
AJMEDIA xəbər verir ki, müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd “Toyota Land Cruiser” markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.
Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Qeyd edək ki, avtomobil karvanı bu gün Ermənistandan Xankəndiyə qayıdacaq və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts