Azərbaycan boksçusu Avropa çempionatının dörddəbir finalında rəqibinə tam üstünlüklə qalib gəlib

Tokio, 20 mart , /AJMEDIA/

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin görüşləri davam edir.

AJMEDIA xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan daha bir boksçusu yarımfinalda iştirakını rəsmiləşdirib.

Belə ki, təmsilçilərimiz Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da çıxışını qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçumuz Hüqo Qraudan (Fransa) da güclü olub. N.İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.

Bununla da özü üçün artıq bürünc medalı təmin edən Nəbi sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.

Digər boksçumuz Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts