Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib

Tokio, 3 yanvar, /AJMEDIA/

Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tvitterdəki rəsmi hesabındakı paylaşımda bildirilir.

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək”, – deyə qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts