Azərbaycan beynəlxalq multi-idman tədbirində 11 növdə təmsil olunacaq

Tokio, 10 iyun , /AJMEDIA/

İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi isə 23-də baş tutacaq.

Oyunlarda Azərbaycan 11 idman növündə – avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts