Azərbaycan basketbol millisi Ermənistanı məğlub edib

Tokio, 8 iyun , /AJMEDIA/

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

AJMEDIA xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi Kosovo ilə üz-üzə gələcək. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts