Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

Tokio, 16 iyul , /AJMEDIA/

Azərbaycan avarçəkəni Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, 64 ölkədən 1000-ə yaxın idmançının mübarizə aparacağı yarışda iştirakçılar kanoe, kayak və akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafəyə yürüşlərdə güclərini sınayacaqlar.

Dünya çempionatı iyulun 17-21-də təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts