Azərbaycan atleti beynəlxalq turnirdə üçüncü yeri tutub

Tokio, 23 may , /AJMEDIA/

Azərbaycan atleti Aleksis Kopello İspaniyanın Kastelyon de la Plana şəhərində keçirilən Xose Antonio Kansino Memorialında fəxri kürsüyə qalxıb.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, o, üç təkanla tullanma növündə bürünc medal qazanıb.

İdmançı buna 16,36 metr nəticə göstərməklə nail olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts